Əsgərlərimiz Qubadlıda futbol oynadı - VİDEO

Azərbaycan Ordusunun əsgərləri Qubadlıda futbol oynayıb.
BAKU.WS xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, Ermənistan ordusunun sentyabrın 27-də təxribat törədərək ölkəmizə qarşı hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı.
Oktyabrın 26-da Qubadlı şəhəri və kəndləri işğaldan azad edilib.
Oxşar xəbərlər
Parlament Prezident və xalqa müraciət edib - VİDEO - YENİLƏNİB
Parlamentin bu gün keçirilən iclasında Milli Məclis Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalq...