SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı işğaldan azadetmə əməliyyatlarının 45-ci günü düşmən ağ bayraq qaldıraraq təslim olduğunu açıqladı.

BAKU.WS xəbər verir ki, Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mif və 30 il ərzində qurulmuş müdafiə darmadağın edildi.

Müharibə gedən müddətdə ermənilər hərbçilərinin biabırçı məğlubiyyəti ilə bağlı paylaşımlar etməkdən çəkinsə də, sonradan onların iç üzünü açmağa başlayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, düşmən Dağlıq Qarabağda gedən döyüşlərdə aciz duruma düşüb. Azərbaycan Ordusu ilə üz-üzə gələn erməni hərbçilər məhv edilib. Ölməkdən qorxan erməni hərbçilər isə sözün əsl mənasında dabanlarına tüpürərək qaçıblar.

Qaçan erməniləri yüksəkrütbəli zabitlər belə qaytara bilməyib. Azərbaycan Ordusu qarşısında məğlubiyyətini etiraf edən ermənilər ən doğru yolun qaçmaq olduğunu bildiriblər.

BAKU.WS
VİDEO