SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan tərəfi təmas xəttindəki vəziyyətin görüntülərini çəkib.
 
BAKU.WS-in məlumatına görə, Azərbaycan ordusunun strateji yüksəklikləri tutmasından sonra Ermənistan ordusu azı 8-10 km geri çəkilib. Talış kəndini nəzarətdə saxlayan ordumuz erməniləri digər bir yüksəkliyə geri çəkilməyə vadar edib. Erməni əsgərlər hazırda kəndin yüksəkliklərində qərarlaşıblar. 

Şəkillərin fonunda arxada yeni Azərbaycan mövqelərini görmək mümkündür. Bununla da atəş bölgəsində yaşayan əhalinin təhlükəsizliyi tam təmin edilib. 

Xatırladaq ki, 2-5 aprel tarixlərində Azərbaycan strateji hündürlükləri işğaldan azad edib. Həmçinin, Lələtəpə, Fizuli və Cəbrail şəhərinin giriş hissəsindəki postlar geri qaytarılıb. 
 
BAKU.WS