SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın Müdafiə naziri David Tonoyanı Dağlıq Qarabağda heç kim tapa bilmir. 

BAKU.WS xəbər verir ki, bu iddia ilə "Qraparak" nəşri çıxış edib. 

Belə ki, sabiq müdafiə naziri Seyran Ohanyan, qondarma rejimin keçmiş "rəhbərlər"i Arkadi Qukasyan və Bako Saakyan müharibədə aktiv iştirak etsə də, eyni sözlər David Tonoyan barəsində deyilmir. 

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əks hücum əməliyyatları, ərazilərin bir-birinin ardınca geri alınması və minlərlə hərbçinin məhv edilməsi başda Müdafiə naziri David Tonoyan olmaqla, Ermənistan hakimiyyətində böyük vahimə yaradıb. David Tonoyan da əks hücum əməliyyatları zamanı Azərbaycan ordusu tərəfindən məhv edilməmək üçün Dağlıq Qarabağı tərk edib. 

Hazırda Dağlıq Qarabağda əməliyyatların gedişatı onu göstərir ki, Ermənistan ordusu tamamilə darmadağın edilməyə çox yaxındır. 

Məlumat üçün bildirək ki, Arkadi Qukasyan, Seyran Ohanyan və Bako Saakyan kimi quldurbaşılar Xocalı soyqırımının əsas təşkilatçıları olublar. Məhz onların bu soyqırımında birbaşa iştirakı nəticəsində azyaşlı uşaqlar, qadınlar və ahıl şəxslər qətlə yetirilib.

BAKU.WS