VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün Dağlıq Qarabağ bölgəsində olduğu kimi Şuşada da çox zəngin və qiymətli meşələrimiz var. Hər növ cinayətlərə əl atan Ermənistan indi də Şuşa meşələrini yandırır. Ən qiymətli bitki növlərimizi məhv edirlər. Ermənistanın Şuşa meşələrinə zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən od vurması təcavüzkar rejimin qəddar xislətini bir daha açıq-aydın göstərir.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, təcavüzkar Ermənistan indi də qəsdən Şuşa meşələrini yandırmaqla işğal altında saxladığı Azərbaycan ərazilərində ekoloji terroru davam etdirir.

Coğrafiya İnstitunun İqtisadi və Siyasi Coğrafiya şöbəsinin müdiri Nəriman Paşayev deyir ki, əsasən endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vuran bu vandal hərəkətlər Ermənistan tərəfinin də qoşulduğu ətraf mühit üzrə bütün beynəlxalq konvensiyalara ziddir.

Nəriman Paşayev bildirib ki, işğalçı düşmənin qiymətli Şuşa meşələrinə zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən od vurması təcavüzkar rejimin qəddar xislətini açıq-aydın göstərir.

Qeyd edək ki, ağ fosfor tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir.

BAKU.WS
VİDEO