VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəbhə bölgəsində gedən döyüşlərdə ermənilər çoxsaylı itki verir.

BAKU.WS xəbər verir ki, erməni saytları döyüşlərdə Azərbaycan ordusu tərəfindən məhv edilən bir neçə əsgərinin adını və fotosunu yayıb.

Həmin siyahını təqdim edirik:

Karapet Mxitaryan

Arams

Samvel Koçinyan

Vahe Ağababyan

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatında isə bildirilib ki, oktyabrın 13-dən 14-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

BAKU.WS
QALEREYA