SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir.

İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəsi min aydan üstündür:

“Min ay təqribən 84 il altı ay edir. 84 il yarım ibadətlə məşğul olan insan bir gecə oyaq qalarsa, həmin gecə bütün ömrünə bərabər olur”.

Bu gecə həm də “Quran”ın nazil olduğu gecədir. İslam dininə görə, bu gecədən üstün gecə yoxdur. Bu gecə xüsusi mərhəmət, rəhmət gecəsidir ki, Allah tərəfindən bir lütf olaraq Yer üzünə, insanlara bəxş olunub. Məhəmməd Peyğəmbərin bildirdiyi kimi, bu gecə şeytanın tam zəncirləndiyi gecədir.

Qədr gecəsində Yer üzünə heç bir bəla gəlməz. Mələklər hər ibadət və dua edən insanın dualarının qəbul olunması üçün Allaha yalvarıb “Amin” deyərlər.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO