VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“İmam Hüseyn (ə) İslamın bütövlüyü uğrunda şəhid olub. Amma bu gün bəzi məzhəb sahibləri imam Hüseynin adından istifadə etməklə İslamda ayrı-seçkilik yaratmağa çalışırlar. Əlbəttə, bütün bunlar imam Hüseynin gördüyü işlərə uyğun deyil”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, əgər insanlar imam Hüseyni yad etmək istəyirlərsə, onlar ruhən sakit olmalı, daim pak əməllərin sahibi olmalı, yaxşılıqlar etməlidirlər:

“Özünə zəncir vurmaq, qan çıxarmaq doğru deyil. İmam Hüseyn məktəbi ürfan məktəbidir. Onun adını hər yerə, hər divara yazmaqla deyil. Onu öz qəlbimizdə yaşatmalıyıq. Biz hətta Sovet dövründə onun adını yaşatmışıq, bundan sonra da yaşadacağıq.

Guya ölkədə "dini mərasimlərin keçirilməsinə imkan yaratmırlar" fikrini bütün dünyada, xüsusən də şiə aləmində yaymaq müəyyən dairələrin siyasətidir. Amma buna müvəffəq ola bilməzlər. Bizdə məscidlər var, heç kimə maneə yoxdur və imam Hüseyn də layiqincə yad edilir.

Allah bizim dövlətimizi, dövlət başçımızı var eləsin, torpaqlarımız uğrunda şəhid olanlara Allah rəhmət eləsin”.

BAKU.WS