Zuğulba şosesindəki yanğın söndürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər rayonu Zuğulba şosesində yanğın söndürülüb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, ağaclıq sahədəki yanğın qısa müddətdə söndürülüb:
"Fövqəladə Hallar Nazirliyinə (FHN) Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində ağaclıq sahədə yanğın olması ilə bağlı xəbər daxil olub. Dərhal nazirliyin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş sahəyə yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb".
*** 14:07
Xəzər rayonu Zuğulba şosesində yanğın başlayıb.
Bu barədə görüntülər BAKU.WS-in "Qaynar xətti"nə video daxil olub.
Kadrlarda magistral yolun ətrafındakı ağacların və kolluğun yanadığı görüntülər əks olunub.
Sözügedən videonu təqdim edirik:
Oxşar xəbərlər
Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilliyə və Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədliyə vaxtından əvvəl növbəti x...