Zəlzələdən sonra Şamaxıda vulkan püskürdü
13
fev
2019
08:58
Şamaxı rayonunda vulkan püskürüb."Report"un yerli bürosu xəbər verir ki, təbii hadisə rayonun dağlıq Quşçu kəndində qeydə alınıb.Qeyd edək ki, Fevralın 5-də Şamaxı-İsmayıllı bölgəsində baş verən zəlzələnin palçıq vulkanlarının aktivləşməsinə səbəb ola biləcəyi açıqlanmışdı. Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərir. Zəlzələ ilə əlaqədar Şamaxıda “Dəmirçi”, “Qızmeydan”, “Quşçu”, Qobustanda “Şıxzərli” vulkanlarında aktivləşmənin olacağını ehtimal edilirdi. Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində də zəlzələ qeydə alınıb.BAKU.WS
Oxşar xəbərlər
SON DƏQİQƏ: Şamaxıda yenə zəlzələ oldu
Şamaxıda yenə zəlzələ olub.Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, yerli vaxtla 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə Şamaxı ərazis...