Ziya Məmmədovun qardaşının şirkəti bağlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin II çağırış deputatı (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) Elton Məmmədovun şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC fəaliyyətinə xitam verib.
BAKU.WS-in "report"a istinadən məlumatına görə, buna səbəb şirkətin "Top Properties” MMC-yə qoşulmasıdır. Bununla əlaqədar 2-ci yenidən təşkil olunacaq.
Xatırladaq ki, “Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,9 milyon manatdır. Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. 2017-ci ildə isə avtovağzal Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçib.
"Top Properties” isə bu il yaradılıb. Onun nizamnamə kapitalı 24,1 milyon manatdır.
Oxşar xəbərlər
Vidadi Zeynalov: “Pullar “paçka”da gəlirdi, saymırdım”
İstintaq materiallarından göründüyü kimi, "Rabitə çetesi” üzrə 11 nəfərdən ibarət dəstə üzvlərinin qanunsuz pul vəsaitlərinin toplanması üçün aralarında əvvəlcə...