Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var
14
noy
2024
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zərdabda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında Ucar-Zərdab avtomobil yolunda baş verib.
Hərəkətdə olan yük avtomobili, minik avtomobili və motosikletin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Dünyasını dəyişən şəxs motosikletin sürücüsü Atəş Məmmədovdur. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakının mərkəzində ağac aşdı, piyadaların yolu bağlandı
Yasamal rayonu, Hüseyn Cavid prospekti 48 ünvanında sınaraq aşmış ağac Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ərazidən götürülüb. Bu barədə qurumdan BAKU....