Zərdabda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var
Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var.
BAKU.WS report-a istinadən xəbər verir ki, Zərdab rayonunun Qaravəlli kəndində yaşayan Əmrah Vüqar oğlu Umarov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Zərdab şəhəri, Məlik Məhərrəmov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Nəticədə sərnişin Raul Əziz oğlu Əliyev hadisə yerində almış olduğu xəsarətlərdən ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Oxşar xəbərlər
Azərbaycanda ağır qəza - 2 ölü, 5 yaralı var - YENİLƏNİB
Sentyabrın 12-də axşam saat 9 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində "Vaz" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırp...