Zəhərlənən qadın Kliniki Tibbi Mərkəzdə ölüb

Zəhərlənən qadın Kliniki Tibbi Mərkəzdə ölüb
Hadisə 117

Sirkə turşusundan zəhərlənən Qobustan rayon sakini Bakıda xəstəxanada ölüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb.

Belə ki, avqustun 22-də rayonun Xilmilli kənd sakini 1971-ci təvəllüdlü Orucova Sitarə İsmayıl qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, xəstə avqustun 30-da müalicə aldığı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər