Zavodda bədbəxt hadisə - Qadının barmaqları amputasiya olundu
24
apr
2025
14:23
Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən zavodlardan birində bədbəxt hadisə baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, zavodda işləyən qəsəbə sakini 1972-ci il təvəllüdlü Mahilə Malik qızı Pəsərəkovanın əli ehtiyatsızlıqdan avadanlığın içində qalıb. Xəsarət alan qadının iki barmağı amputasiya olunub.
Xəstəxanaya yerləşdirilmiş M.Pəsərəkovanın vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu
Ötən gün axşam saatlarında Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. BAKU.WS xəbər verir ki, bir neçə avto...