Zaqataladakı yanğınla mübarizə fasiləsiz olaraq davam etdirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirir.
Hazırda yanğının söndürülməsi əməliyyatında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
İsmayıllı və Şabranda baş verən yanğınlar söndürülüb - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş tədbirlər sayəsində Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə...