Zaqatalada tütün zavodu yanıb
12
noy
2022
19:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada tütün zavodunda yanğın hadisəsi olub.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, insident rayonun Yuxarı Tala kəndi ərazisində yerləşən “Agro İndustry” MMC şirkətinə məxsus Tütünqurutma Zavodunda baş verib.
Yanğın yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub. Yanğının qarşısı alınıb.
Hadisə zamanı qurutma kamerasında olan, içərisi xurma ilə dolu 400 ədəd yeşikdən 100-ü yanıb, 300-ü isə yararsız hala düşüb.
Xəsarət alan olmayıb, yanğının baş vermə səbəbi araşdırılır.
Oxşar xəbərlər
Bakıda yaşayış binasındakı yanğında iki nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Ya...