Zaqatalada şəhidlər abidəsi dağılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalanın Qandax kəndində şəhidlər üçün ucaldılmış abidə dağıdılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Lent.az-a kənd sakinləri məlumat veriblər.
Belə ki, bir müddət əvvəl çörəkdaşıyan avtomobil yerli sakinlər tərəfindən salınmış abidəyə çırpılıb. Nəticədə abidə dağılıb. Hadisədən uzun müddət keçməsinə baxmayaraq, abidə hələ də təmir olunmayıb.
Məsələ ilə bağlı Qandax kənd bələdiyyəsinin sədri Rəvanə Bayramova bildirib ki, hazırda abidənin yenidən qurulması istiqamətində işlər gedir:
“Təxminən iki ay öncə çörəkdaşıyan maşının sürücüsü idarəetməni itirdiyi üçün həmin şəhidlər abidəsinə çırpılmışdı. Hadisə nəticəsində abidə yararsız hala düşdü. Hazırda abidə qəza törətmiş şəxs tərəfindən təmir olunur. Sürücü artıq şəhidlərin şəkillərinin hazırlanması üçün sifariş edib”.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...