Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala-Yuxarı Çardaqlar avtomobil yolunun Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəində baş verib.
Hərəkətdə olan "VAZ 2107" və "Ford" markalı iki minik avtomobili toquşub.
İlkin məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər.
Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirlir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...