Zaqatalada itkin düşən Hindistan vətəndaşının axtarışına təlim keçmiş itlər cəlb olundu - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayonunda itkin düşmüş Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışlarına xüsusi təlim keçmiş itləri cəlb edib.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda bu şəxsi tapana 25 min AZN veriləcək - FOTO
Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveetinin tapılması üçün təyin olunan mükafatın məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu b...