Zaqatalada avtomobilin vurduğu piyada ölüb
31
iyl
2022
17:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada 39 yaşlı kişini maşın vuraraq öldürüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Dağlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayon sakini Bilal Hilalov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə piyada 1983-cü il təvəllüdlü Dağlı kənd sakini Osman Hacı oğlu Məhərrəmovu vurub. O. Məhərrəmov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...