Zaqatalada ana və qızı dəm qazından zəhərlənib

12
noy
2022
11:27
Zaqatalada ana və qızı dəm qazından zəhərlənib.
Hadisə noyabrın 11-dən 12-nə keçən gecə Zaqatala şəhər ərazisində baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Zaqatala rayon sakinləri olan 1996-cı il təvəllüdlü Nuranə Nemət qızı Əhmədli və onun azyaşlı övladı - 2015-ci il təvəllüdlü Damla Həmidova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Müayinə zamanı ana və azyaşlı övladının yaşadığı ünvanda qaz sobasından çıxan dəm qazından zəhərləndiyi məlum olub.
Həkim müdaxiləsindən sonra onların vəziyyəti stabilləşib.
Oxşar xəbərlər
Azərbaycanda qadın qeysəriyyə əməliyyatından sonra öldü - FOTO
Zaqatala rayonunda qeysəriyyə əməliyyatından sonra ana ölümü baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Zaqatala Ra...
