Zaqatalada 53 yaşlı qadın itkin düşüb

23
may
2023
13:01
Zaqatalada 53 yaşlı qadın itkin düşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Zaqatala şəhər sakini, 1970-ci il təvəllüdlü Elmira Muxtarova mayın 18-də səhər saat 11 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Qadının şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qadının itkin düşməsi ilə bağlı yaxınları tərəfindən rayon polis şöbəsinə müraciət edilib.
Onun tapılması istiqamətində zəruri axtarış tədbirləri keçirilir.
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...
