Zaqatalada 5 yaşlı uşaq yük avtomobilin altında qalaraq ölüb

Zaqatalada 5 yaşlı uşaq yük avtomobilin altında qalaraq ölüb
Hadisə 109

Zaqatalada 5 yaşlı uşağın üstündən "Kamaz" markalı yük avtomobili keçib.

BAKU.WS APA-ya istinadən, hadisə axşam saatlarında rayonun Muxax kəndində baş verib.

Belə ki, 5 yaşlı Elman Məcid oğlu Sulxayev "Kamaz" markalı yük avtomobilin altında qalıb.

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Sulxayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib.

Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər