Yunis Səfərovla bağlı yeni XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayon Məhkəməsində Gəncə şəhərinin icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərovun və 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, prosesə hakim Natiq Əliyev sədrlik edib.
Məhkəmədə vəkil Bəxtiyar Hacıyev Yunis Səfərovun müdafiəsinə qoşulub.
Bütün müttəhimlər və onların vəkilləri işin şəffaf və obyektiv araşdırılmasını təmin etmək üçün iclasların audio və video yazılarla aparılması barədə vəsatət qaldırıblar.
“İstəyirik ki, proses şəffaf olsun. Qoy ictimaiyyət hər şeyi bilsin”, - Yunis Səfərov deyib.
Daha sonra təqsirləndirilənlər məhkəmənin tərkibinə etiraz ediblər.
Növbəti iclas fevralın 17-də keçiriləcək.
Oxşar xəbərlər
Bu gün Yunis Səfərov və digərlərinin məhkəməsi başlayır
Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və dah...