Baş Prokurorluqdan icra başçısını güllələyən şəxslə bağlı AÇIQLAMA
04
iyl
2018
22:47
Baş Prokurorluq İyulun 3-də Gəncə şəhərində baş verən cinayət hadisəsində şübhəli şəxs qismində təqsirləndirilən Yunis Səfərovun guya təsir və təzyiqlərə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında bildirib ki, bəzi internet informasiya resurslarında iyulun 3 də Gəncə şəhərində baş vermiş cinayətlə bağlı şübhəli şəxs qismində tutulmuş Yunis Səfərovun təsir və təzyiqlərə məruz qalması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir.Belə ki, cinayət işi üzrə Yunis Səfərov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi cinayətlərlə bağlı sərbəst ifadə vermiş, onun müdafiə və sair hüquqları tam təmin olunmuş, istintaq hərəkətlərinin gedişi və saxlanma şəraiti barədə hər hansısa şikayət və müraciətləri daxil olmamışdır.BAKU.WS
Oxşar xəbərlər
Elmar Vəliyevlə birlikdə güllələnən mühafizəçinin FOTOSU
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd zamanı güllələnən mühafizəçi Qasım Aşbazovun fotosu yayılıb.BAKU.WS criminal.az-a isitinadən xəb...