Yunanıstan azərbaycanlıların olduğu gəmiyə atəş açıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yunanıstan Sahil Mühafizəsi Bozcaadada azərbaycanlıların olduğu "Ro-Ro" gəmisinə atəş açıb.
BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.
Komor adaları bayrağı altında Çanaqqala sahillərində üzən "Anatolian" adlı Ro-ro gəmisinə atəş açan Yunanıstan qüvvələri Türkiyə Sahil Mühafizəsinin gəldiyi zaman ərazini tərk edib.
Beynəlxalq hüquq normalarına məhəl qoyulmadan açılan təqib atəşindən sonra gəmidə olan 18 nəfər arasında hər hansı itki və yaralananın olmadığı müəyyən edilib.
Heyətdə 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.
Hazırda gəmi 2 Sahil Mühafizə gəmisi tərəfindən müşayiət olunur.
Oxşar xəbərlər
Xəzər dənizində taktiki təlimlər keçirilib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbayc...