Yük maşını aşdı, Ələt yolu bağlandı - VİDEO
28
avq
2019
20:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan şosesinin Qaradağ rayonu Ələt qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "KamAZ" markalı, 90 SV 488 dövlət nömrə nişanlı yük avtomobili aşıb. Qum daşıyan yük maşınının aşması nəticəsində Salyan şosesinin Ələt qəsəbəsindən keçən hissəsində yol bağlanıb. Avtomobillərin hərəkəti köməkçi yola yönləndirilib. Hadisə yerinə polis və FHN xilasediciləri cəlb edilib. İlkin məlumata görə, yük maşınının sürücüsü ağır xəsarət alıb.
Oxşar xəbərlər
“Kamaz” “190”ı vurdu, özü aşdı - Ələt-Astara yolunda qəza – VİDEO
Ələt-Astara yolunda yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan “Kamaz” markalı yük maşını “...