Yük avtomobillərindən oğurluq edən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonunda yük avtomobilindən 370 manat və bank kartının oğurlaması barədə polisə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 50 yaşlı M.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, avtomobilin qapısının açıq qalmasından istifadə edərək pulu və sənədləri oğurlayıb.
Bundan başqa, saxlanılan şəxsin başqa bir vətəndaşa məxsus yük avtomobildən isə 460 manat oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...