YPX-dən bir İLK: Xanım polislər reydə başladı - VİDEO/FOTO
07
fev
2018
21:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün yol patrul xidməti əməkdaşları qayda pozan piyadalara qarşı reyd keçirib. İlk dəfə olaraq reyddə YPX-nın qadın əməkdaşı iştirak edib. Polis serjantı Turan Daşdəmirova reyd zamanı qaydaları pozan xanım piyadaları saxlayıb. Bəzilərinə xəbərdarlıq olunub, bir sıra piyadalara inzibati qaydada cərimə tətbiq edilib. BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, bəzi xanım piyadalar “nişanı görmədim”, “həkimdən gəlirəm”, “belim ağrıyır keçidə girə bilmirəm” kimi bəhanələrlə məsuliyyətdən yayınmağa çalışıblar. Reyd Bakının 20 Yanvar dairəsində, Bayraq meydanının yaxınlığında, Azadlıq meydanının ətrafında və Nobel prospektində keçirilib. Keçidlərin ətrafından yolu keçən piyadalar saxlanılıb, onlara hüquq və vəzifələri izah olunub. 100-ə yaxın piyadadan 30-na cərimə yazılıb, digərlərinə xəbərdarlıq edilib. Ən biabırçı vəziyyət Nobel prospektində müşahidə olunub. Burada yerüstü keçidlərin altından yolu keçərək qəza şəraiti yaradan piyadaların əksəriyyəti gənclər olub. Onların bəziləri qaçsa da, çoxuna cərimə yazılıb. BAKU.WS 










Oxşar xəbərlər
Sürücülərlə polis arasında mübahisə: "Ayıb deyil? "Novıy qod"du" (VİDEO)
Astara dövlət yol polisi spirtli içki qəbul edib sükan arxasına oturan sürücülərə qarşı reyd keçrdib. Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. 3 sürücü içk...