Yolların buz bağlaması nəticəsində Bakıda 41 qəza baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün havanın şaxtalı və qarlı olması səbəbindən paytaxt yollarında 41 yol qəzası baş verib.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib.
Onun sözlərinə görə, həmin qəzalarda ölüm faktı qeydə alınmayıb.
"Bu gün səhər saatlarından indiyə qədər yolların sürüşkən olması səbəbindən Bakıda 9 yol qəzası baş verib. Bunlar maddi zərərlə nəticələnən yol qəzalarıdır. Şükürlər olsun ki, qəzalarda ölən və xəsarət alan olmayıb. Eyni zamanda paytaxtın 11 ərazisində texniki cəhətdən nasaz olan avtomobillər yollarda süni tıxaclar yaranıb", - deyə V.Əsədov bildirib.
Oxşar xəbərlər
Ötən il avtomobil qəzalarında neçə piyada ölüb? - AÇIQLAMA
Ötən il qeydə alınan yol-nəqliyyat hadisələrinin 57,8%-ni (266 fakt) piyadaların vurulması təşkil edib. BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”ın sorğusuna c...