Yol polisi reyd keçirdi - 15-ə yaxın sürücü məsuliyyətə cəl edildi

Yol polisi reyd keçirdi - 15-ə yaxın sürücü məsuliyyətə cəl edildi
Hadisə 111

Goranboyda yol polisi reyd keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Reyd zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində 15-ə yaxın sürücü məsuliyyətə cəl edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər