İyirmi gün əvvəl qəza törədən 16 yaşlı oğlan vəfat etdi

İyirmi gün əvvəl qəza törədən 16 yaşlı oğlan vəfat etdi
Hadisə 148

Cəlilabadda 20 gün əvvəl avtomobili aşıraraq qəzaya düşən yeniyetmə xəstəxanada ölüb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, sentyabrın 17-də rayonun Sərhədabad kəndində 2006-cı il təvəllüdlü Amin Sərhədov “Lada Priora” markalı minik avtomobilini aşırıb.

Ağır xəsarət alan yeniyetmə Bakıdakı xəstəxanalardan birinə aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər