Yevlaxda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alan var
12
may
2023
13:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlax rayonunun Yuxarı Qarxun kəndində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Qaraoğlan kənd marşrutu xətti üzrə hərəkət edən mikroavtobus "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü, rayon sakini, 1975-ci il təvəllüdlü Sənan Kərimov xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı mikroavtobusda olan sərnişinlərdən birinə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Sumqayıtda baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif xəsarətlərlə 15 nəfər müraci...