Yevlaxda ermənilərin müharibə dövrü atdığı kasetli bomba partladı: Ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması faciəyə səbəb olub.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları gələrək hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə tibb ekspertizası keçirilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Oxşar xəbərlər
Gecə yarısı evə girib 16 yaşlı qızın saçından tutdu və ... Azərbaycanda zorlanma cinayəti
Ağdaş rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı cinayət törətməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü İsmayıl İsayevin (ad və soyadlar şərti verilib –...