Yevlaxda DƏHŞƏT: Ər arvadını öldürüb, özünə xəsarət yetirdi

Yevlaxda DƏHŞƏT: Ər arvadını öldürüb, özünə xəsarət yetirdi
Hadisə 151

Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbaut Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər