Yevlaxda avtomobil aşdı: Ölən və yaralılar var - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.
İçərisində Bərdə rayon sakinlərinin olduğu "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq kanalın yaxınlığına aşıb.
Qəza nəticəsində 2007-ci il təvəllüdlü Şahlar Saxavət oğlu Fərzəliyev dünyasını dəyişib, daha bir neçə nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.
Qeyd edək ki, avtomobildə olanlardan birinin qəzanın baş verdiyi yerin yaxınlığında olan su kanalına düşdüyü ehtimal edilir. Buna görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***17:02
Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Kolanı kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfər batıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...