AQTA Yevlaxda 16 yaşlı yeniyetmənin ölümü ilə bağlı araşdırmalara başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda 16 yaşlı yeniyetmənin qida zəhərlənməsi şübhəsi ilə həyatını itirməsi ehtimal edilən hadisə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarətinə götürülüb.
BAKU.WS xəbər verir ki, AQTA sorğuya cavab olaraq bildirilir ki, hadisənin başvermə səbəblərinin, eləcə də ölümün qida zəhərlənməsi ilə əlaqəli olub-olmadığının müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.
Məlumata görə, Agentliyin mütəxəssisləri aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə hadisə yerində müvafiq araşdırmalar aparırlar.
AQTA-dan qeyd edilib ki, araşdırmanın nəticələri ictimaiyyətə əlavə olaraq təqdim olunacaq.
***
Yevlax rayonunda 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü sakin Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...