Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti reyd nəticəsində iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları faktı aşkar edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşları tərəfindən həmin mağazaların iki satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib edilərək hər biri 100 manat cərimə olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Bakıda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər
Bakının iki rayonunda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə bildir...