Yerin təkindən istifadə qaydalarını pozanlar məsuliyyətə cəlb edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Polis əməkdaşları Balakəndə yerin təkindən istifadə qaydalarını pozan 6 nəfəri məsuliyyətə cəlb ediblər.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, yerin təkindən qanunsuz istifadənin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri ilə birgə tədbirlər keçiriblər.
Tədbirlərlə qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Oxşar xəbərlər
Füzuli rayonunda yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb - FOTO
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alın...