Füzuli rayonunda yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb - FOTO

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınmasının təmin edilməsi məqsədilə tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Kürdmahmudlu kəndi ərazisində yerin təkindən qeyri-qanuni istifadə halı müəyyən edilib. Qayda pozuntusu ilə əlaqədar bir nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Astarada üç nəfərdə sənədləri olmayan ov tüfəngləri aşkar edilib - FOTO
Astarada qanunsuz olaraq odlu silah saxlama və yerin təkindən istifadə faktları aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə veri...
