Yeniyetmə kanalda batdı

Yeniyetmə kanalda batdı
Hadisə 69

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.

Xəbərə görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər