"Yeni Bakı" yaşayış kompleksində komendant 3 nəfəri güllələdi

28
apr
2019
09:21
Masazırda 3 nəfər "Vinçester" markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə qəsəbədəki "Yeni Bakı" yaşayış kompleksi ərazisində baş verib.Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.Xəsarət alanların sözlərinə görə, onlara "Vinçester" markalı silahdan atəş açan "Yeni Bakı" yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir.
Oxşar xəbərlər
Babək prospektində ağır qəza - 6 nəfər xəsarət alıb - VİDEO
Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in ONA-ya istinadla verdiyi xəbərə görə, hadisə Nizami rayonu Babək prospekti 94 ünvanında baş veri...
