Rusiyada Azərbaycan vətəndaşını güllələdilər

29
avq
2018
21:31
Rusiyada Azərbaycan vətəndaşına odlu silahdan atəş açıblar.BAKU.WS yerli KİV-ə istinadən bildirir ki, hadisə Lipetsk şəhərinin Papin küçəsində baş verib.Şəhərin Mərkəzi bazarında hücuma məruz qalan və qarpız satmaqla məşğul olan 38 yaşlı həmyerlimiz xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. O, qarın nahiyəsindən çoxsaylı güllə yaraları alıb. Əməliyyat zamanı həkimlər yaralının bədənindən yalnız bir gülləni çıxarıblar, çünki o, çoxlu qan itirdiyindən ağır vəziyyətdə olub.Həkimlər bildiriblər ki, həmyerlimiz bütün güllə yaralarını qarın nahiyəsindən alıb.Faktla bağlı cinayət işi açılıb.Atəş açan şəxs hələlik saxlanılmayıb.BAKU.WS

Oxşar xəbərlər
Salyanda ceyran ovunda dəhşətli hadisə. Məmur silahla vuruldu
Dünən axşam saatlarında Şirvan Milli Parkında silahlı insident baş verib.BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, Qaradağ, Salyan və Neftçala rayonları...