Azərbaycanda toy zamanı kişini güllələdilər: bazu nahiyəsindən yaralandı

Azərbaycanda toy zamanı kişini güllələdilər: bazu nahiyəsindən yaralandı
Hadisə 1965

 

Beyləqanda baş verən silahlı insidentlə bağlı bəzi məqamlar məlum olub.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun SMD qəsəbəsində keçirilən toy mərasimində qeydə alınıb.

Toyda iştirak edən Nadir Mirzəyevin Malik Zalovla mübahisəsi düşüb. Nəticədə N. Mirzəyev odlu silahdan atəş açaraq M. Zalovu yaralayıb.

Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədov APA-nın yerli bürosuna bildirib ki, M. Zalov sol bazu nahiyəsindən güllə yarası alıb.

İlkin tibbi yardım göstərildikdən sonra M. Zalov yaxınları tərəfindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

BAKU.WS

Oxşar xəbərlər

Şəmkirdə silahlı insident - 2 nəfər güllələndi

Şəmkirdə silahlı insident - 2 nəfər güllələndi

Şəmkirdə gənclərin mübahisəsi odlu silahdan açılan atəşlə iki nəfərin xəsarət alması ilə nəticələnib. BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, yaralılardan...

3106 Hadisə 18:33 30 mart 2017

Son xəbərlər