Yataqxanada yanğın olub - FOTO

Yataqxanada yanğın olub - FOTO
Foto
Hadisə 58

Sumqayıtda yataqxanada yanğın olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində 1 saylı yataqxanada olub.

Belə ki, yataqxananın birinci mərtəbəsində Sima Muxtarovaya məxsus 1 otaqlı mənzildə yanğın olub. Hadisə zamanı mənzilin dəhlizinin yanar konstruksiyaları və geyim əşyaları yanıb. Mənzil sahibi xilas edilib, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər