Yaşı 100-dən çox olan ağac kəsildi, icra nümayəndəsi cəzalandırıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunun Cülyan kəndində yaşı 100-dən çox olduğu bildirilən qovaq ağacı kəsilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisənin düzgün aparılmayan budanma işləri zamanı baş verdiyi məlum olub.
Kənd icra nümayəndəsi Tahir Hüseynov qeyd edib ki, ağacın budanması aidiyyatı qurumdan rəy alındıqdan sonra həyata keçirilib.
Sakinlərin müraciətindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə baxış keçirib. Məlum olub ki, budanma düzgün aparılmayıb. Buna görə də Cülyan kənd icra nümayəndəsi nazirliyin yerli idarəsinin əməkdaşları tərəfindən cərimələnib.
Qalereya
Oxşar xəbərlər
Güclü küləyin qırdığı ağac evin dam örtüyünü deşdi - VİDEO
Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti bölgələrdə də fəsadlara səbəb olub. Baku TV xəbər verir ki, Goranboyda axşam çağı güclənən külək rayonun Məm...