Yasamaldakı yanğında ölənlərdən biri də komendant imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Bakının Yasamal rayonunda Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın üç nəfərin həyatını itirməsi ilə nəticələnib.
BAKU.WS teleqraf-a istindən xəbər verir ki, həyatını itirənlərdən biri 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov olub. O həmin binanın komendantı kimi çalışırdı və yanğın baş verən binada yaşayırdı.
Hadisə zamanı 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli və Bakı Milli Geyim Evinin rəhbəri olan 48 yaşlı Könül Vəlibəy qızı Hümbətova da həyatını itirib. Könül Vəlibəylinin qızının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə nəticəsində yaranan tüstüdən azı iyirmi nəfər təsirlənib və onlara tibbi yardım göstərilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....