Yasamalda 23 yaşlı tələbə qız canına qıydı (FOTO)

Yasamalda 23 yaşlı tələbə qız canına qıydı (FOTO)
Hadisə 2139

 

Ötən gün Bakıda 23 yaşlı qız yaşadığı evdə özünü asaraq intihar edib.

BAKU.WS lent.az-a istinadən məlumat verir ki, hadisə fevralın 8-i saat 19 radələrində Yeni Yasamal 2, bina 5 ünvanında qeydə alınıb. Nigar Vahabova intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubunda valideynlərindən üzrxahlıq edib, etdiyi əmələ görə onu bağışlamalarını istəyib. Gənc qız ata-anasını incitdiyini və buna görə çox məyus olduğunu qeyd edib.

Bildirilir ki, N.Vahabova Koorperasiya Universitetinin 3-cü kurs tələbəsi olub. Son vaxtlar onların ailəsində müəyyən problemlər, eləcə də maddi sıxıntılar varmış.

BAKU.WS

Son xəbərlər