Yasamal rayonunda 466 qutu pirotexniki vasitə aşkarladı
30
dek
2025
10:20
Polis Yasamal rayonunda 466 qutu pirotexniki vasitə aşkarladı.
BAKU.WS-in məlumatına görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışının təşkil edən 48 yaşlı T.Mustafayev saxlanılıb.
Ondan 466 qutu yüksək səsyacı və işıq effekti yaradan pirotexniki vasitələr aşkar edilib.
Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Ağstafada avtoqəza olub, xəsarət alanlar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Köçvəlli kəndidə qeydə alınıb. Belə ki, "Ford" tranzit ma...